Nazirlik yeni yaradılan şuraya üzv seçmək üçün elan verdi

Nazirlik yeni yaradılan şuraya üzv seçmək üçün elan verdi

Hər birinizi Nazirlik yanında İctimai Şuranın üzvlüyünə təyin olunmaq məqsədi ilə seçkilərdə iştirak etməyə dəvət edirik

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nazirlik yanında İctimai Şuranın üzvlərinin təyin olunması məqsədi ilə vətəndaş cəmiyyəti institutlarının namizədlərinin seçilməsini elan etmişdir. AYNA xəbər verir ki, eyni zamanda İctimai Şura Azərbaycan Respublikası vətəndaşlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi və üzv təşkilatların özfəaliyyətilə ümumi prosesə təkan verməsi məqsədilə yaradılır.

 

Namizədlərin seçilməsinə aid tələblər:

 

1. Şuraya irqindən, milliyyətindən, dilindən, dinindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, ekologiya və ətraf mühit sahəsində təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşı üzv ola bilər.

 

2. Hər bir vətəndaş cəmiyyəti institutu (qeyri-hökumət təşkilatları, ictimai birliklər, həmkarlar ittifaqları, komitələr, fondlar və s.) qanunvericiliyə əsasən ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.

 

İctimai şuranın üzvlüyünə irəli sürülən namizəd aşağıdakı sənədləri təqdim etməlidir.

 

1. Şəxsiyyət vəsiqəsinin surətini (müvafiq qaydada təsdiq edilmiş);

 

2. Tərcümeyi-halını;

 

3. Hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda, həmin üzvlüyü təsdiq edən sənədin surətini (müvafiq qaydada təsdiq edilmiş);

 

4. Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər. 

 

Hər birinizi Nazirlik yanında İctimai Şuranın üzvlüyünə təyin olunmaq məqsədi ilə seçkilərdə iştirak etməyə dəvət edirik.

 

Qeyd: Sənədlərin təqdim edilməsi üçün son tarix - 2019-cu il 30 avqust.

 

Rəsmi sayt: http://eco.gov.az/post/1207

"Facebook" səhifəsi: https://www.facebook.com/eco.gov.az/photos/a.1604079509845796/2512087439044994/?type=3&theater

İnstaqram hesabı: https://www.instagram.com/p/B0kgK27gfKZ/

 

Hörmətlə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Müəllif: Ayna.az      21 Avqust 2019 22:52
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar