Nənəsinin yasına görə dərs buraxan şagirdin valideynləri cərimələnib

Nənəsinin yasına görə dərs buraxan şagirdin valideynləri cərimələnib

Kerol Flovs və onun həyat yoldaşı David 120 funt sterlinq cərimə olunub

 

İngiltərənin Stok-on-Trent adlı şəhərində maraqlı hadisə baş verib. Şəhərin Staffordşir adlı qraflığında valideynləri cərimələyiblər. AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb onların 9 yaşlı oğullarının 2 həftə nənəsinin yas mərasiminə görə dərslərə qatılmaması olub.

 

Kerol Flovs və onun həyat yoldaşı David 120 funt sterlinq cərimə olunub. Valideynlər iddia edir ki, onlar öncədən məktəb rəhbərliyini xəbərdar ediblər ki, dərslərə qatıla bilməyəcək.

 

Rəhbərlik bildirib ki, üzürlü səbəbdən şagird cəmi 5 gün dərslərdən qala bilər. Amma Loqan Cənubi Afrika Respublikasına 20 iyunda gedib, 5 iyulda geri dönüb. Beləliklə 12 dərs buraxıb.

 

Uşağın atası deyir ki, əgər məzuniyyətə çıxaraq uşağı gəzməyə aparsaydım, o zaman cərimə ödəyərdim. Mən uşağın nənəsini dəfn etmək üçün getmişəm. 9 yaşlı uşağı tək qoyub gedə bilməzdim.

 

Bildiriblər ki, valideynlər 6 sentyabra kimi cəriməni ödəsələr 2 dəfəyə kimi onlara endirim olacaq. Əgər ödəməkdən imtina etsələr cərimə 1000 funt olacaq. 

Müəllif: Ayna.az      21 Avqust 2019 21:59
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar