Sürücülər alternativ yollar axtarmalı olacaqlar

Sürücülər alternativ yollar axtarmalı olacaqlar

Eyni səviyyəli dəmir yolu keçidi yeraltı tunellə əvəz olunacaq

 

Bakı-Sabunçu-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, təhlükəsizliyin təmin olunması məqsədilə Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişdiyi yerdə - 13-cü kilometrin 3-cü piketində (Sabunçu stansiyasının girişi) eyni səviyyəli dəmir yolu keçidi yeraltı tunellə əvəz olunacaq.

 

Bu barədə AYNA-ya “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar olaraq, 22 avqust 2019-cu il səhər saat 08:00-dan etibarən həmin keçiddən avtomobillərin hərəkəti dayandırılacaq.

 

Yeni tunelin inşası başa çatana qədər avtomobil sürücülərindən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Müəllif: Ayna.az      21 Avqust 2019 18:34
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar