Azərbaycanın tanınmış aktyoru vəfat etdi

Azərbaycanın tanınmış aktyoru vəfat etdi

“Heyf səndən, sənətkar! Yerin behişt olsun”

 

Akademik Musiqili Teatrın aktyoru, bu günlərdə beyin insultu diaqnozu ilə Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilən Məhərrəm Qurbanov vəfat edib. AYNA xəbər verir ki, bu barədə Akademik Musiqili Teatrın aktyoru Elçin İmanov məlumat verib.

O aktyorun dünyasını dəyişdiyini bildirib və ona Allahdan rəhmət diləyib: “Heyf səndən, sənətkar! Yerin behişt olsun”.

 

AYNA-ya açıqlamasında faktı Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova da təsdiqləyib.

 

Qeyd edək ki, Məhərrəm Qurbanov 24 iyul 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1982-ci ildə Bakı Mədəni-Maarif texnikumunu fərqlənmə diplomu ilə bitirib. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. 1988-ci ildə oranı bitirib və həmin ildə Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb.