Bakıda ana övladını evdə zəncirləyib – FOTO

Bakıda ana övladını evdə zəncirləyib –     FOTO

Polis uşağı zəncirdən xilas edib və fakt üzrə protokol tərtib olunub

 

Paytaxtda polisləri heyrətə salan fakt ortaya çıxıb. Belə ki, ana azyaşlı oğlunu evdə zəncirləyibmiş. Bu barədə AYNA-ya Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

 

Onun sözlərinə görə, avqustun 20-də polisə paytaxtın Nəsimi rayonu Cavadxan küçəsində yerləşən yaşayış binasında mənzillərdən birinin pəncərəsində azyaşlının ayaqlarından zəncirlənməsi barədə məlumat daxil olub. Azyaşlıya qarşı qeyri-insani rəftarla bağlı dərhal baş idarənin rəhbərliyi tərəfindən fakt nəzarətə götürülüb, ərazi polis orqanına – Nəsimi Rayon Polis İdarəsinə müvafiq araşdırmaların aparılması ilə bağlı göstəriş verilib.

Yevlax şəhərində anadan olan, 9 yaşlı Ömər Həsənlinin anası Şahanə İsmayılova tərəfindən zəncirlə ayağından bağlamasına dair ilkin araşdırma zamanı müəyyən olunub ki, ana öz övladını bacısı Aygün İsmayılova ilə birgə kirayədə yaşadığı ünvanda işdə olduqları müddətdə (səhər saat 8:00-dan axşam saat 00-00-dək) nəzarətsiz qoyublar. Bu müddət ərzində azyaşlının heç yerə getməməsi üçün ayaqlarını zəncirlə bağlayıblar. Oğlunun çətin tərbiyə olunan uşaq olduğunu deyən Ş.İsmayılova yay tətili ilə əlaqədar övladını Yevlaxdan Bakıya gətirərək bu addımı atdığını etiraf edib.

 

Araşdırma zamanı Nəsimi RPİ İctimai Təhlükəsizlik Şöbəsi və 19-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə həmin zəncir aşkarlanaraq götürülüb və protokol tərtib olunub. Fakt üzrə toplanan materiallar prokurorluğa təqdim olunub.

Müəllif: Ayna.az      21 Avqust 2019 16:36
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar