Həlak olan pilotumuz torpağa tapşırıldı - FOTOLAR

Həlak olan pilotumuz torpağa tapşırıldı -   FOTOLAR

Vida mərasimində Rəşad Atakişiyevin yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər

 

Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevlə vida mərasimi keçirilib.

 

AYNA xəbər verir ki, mərasim öncə hərbi pilotun yaşadığı evin həyətində təşkil olunub. Burada R.Atakişiyevin yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Daha sonra, saat 10.00-da isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində vida mərasimi keçirilib. Vida mərasimi başa çatdıqdan sonra pilotun nəşi II Fəxri Xiyabanda dəfn olunub.

 

Xatırladaq ki, bu il iyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi qəzaya uğrayıb. 27 gün davam edən axtarışlardan sonra – avqustun 20-də təyyarənin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.

 

Allah rəhmət eləsin!

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      21 Avqust 2019 11:33
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar