Həlak olan pilotun qayınatası çağırış etdi: “Dəfn mərasiminə gəlməyin!”

Həlak olan pilotun qayınatası çağırış etdi: “Dəfn mərasiminə gəlməyin!”

Qabil Hüseynli: “Müəyyən siyasi partiyaların və qrupların tədbirə qatılmaq və mərasim vasitəsilə siyasi dividend əldə etmək istəkləri barədə məlumatlar əldə etmişik”

 

“Müxtəlif siyasi partiya üzvlərindən və siyasi qruplardan sabah keçiriləcək vida mərasiminə qatılmamağı xahiş edirik”.

 

AYNA xəbər verir ki, bu açıqlamanı, həlak olmuş pilot Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli yayıb. O, R.Atakişiyevlə vida mərasimindən müxtəlif siyasi məqsədlər üçün istifadə etmək arzusunda olan şəxslərə müraciət ünvanlayıb:

“Ailəmiz çox çətin, ağır və kövrək bir dönəmdən keçir. Ailəmizin, hətta xalqımızın sevimlisi, rəşadətli pilotumuz Rəşad Atakişiyevi itirmişik. Mərhumun dəfni ilə bağlı həyata keçirilən vida mərasiminə dövlət öz dəstəyini göstərir.

 

Müəyyən siyasi partiyaların və qrupların tədbirə qatılmaq və mərasim vasitəsilə siyasi dividend əldə etmək istəkləri barədə məlumatlar əldə etmişik. Həmin şəxslərdən artıq dərəcədə xahiş edirik ki, sabah keçiriləcək vida mərasiminə qatılmasınlar. Rica edirəm ki, bu ağrılı günümüzdə bizi başa düşsünlər”.

Müəllif: Rumiyyə Miraslan      21 Avqust 2019 10:57
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar