Lerikli jurnalist: "İqbal Məmmədova dəfələrlə dedim ki..."

Lerikli jurnalist: "İqbal Məmmədova dəfələrlə dedim ki..."

"Amma sənin torbanı başqası yox, elə öz qardaşın və uşaqları tikəcək"

 

"Lerikin deputatı İqbal Məmmədov ilə 4-5 dəfə şəxsən görüşmüşəm. Hətta, bir görüşümüz də onun evində olmuşdu. Evinə dəvət etmişdi. Atam Azad Kazımov ilə də çox yaxşı münasibətləri var idi". AYNA xəbər verir ki, bu sözləri jurnalist, bloqqer Azər Kazımzadə özünün sosial şəbəkə hesabında paylaşıb. 

 

Jurnalistin sözlərinə görə: "Ona dəfələrlə onun nəzarətində olan obyektlərdəki özbaşınalıqları dedim. Xususi ilə qardaşı Çingiz və onun oğlunun "Relax"da, "Piran Broyler"də və çınqıl zavodunda işçiləri necə təhqir edib alçatdığını sübutla göstərdim. Dedim, bax, indi ola bilər ki, hansısa yuxarı səviyyədə məmur səni müdafiə edir və sənin vecinə deyil, amma sənin torbanı başqası yox, elə öz qardaşın və uşaqları tikəcək. Sözün düzü, bir-iki dəfə bəzi problemləri həll etdi. Məsələn, "Piran Broyler"də Çingizin hərəkətləri yığışdırıldı, amma o yanda başladılar. Nəhayət, axırda ona dediyim kimi oldu".

 

Azər Kazımzadə onu da qeyd edib ki: "İqbal Məmmədovun deputat seçilənə qədər və seçiləndən sonrakı, təqribən, bir-iki il ərzində Lerikdə çox insana köməyi dəyib. Amma iki ilin tamamından sonra İqbal Məmmədov tamamilə dəyişdi və ətrafındakı qoçu dəstələri ilə (xüsusi ilə Lerik RPŞ-nin köməyi ilə) baş kəsməyə başladı".

 

Daha sonra jurnalist "Şəkildəki İqbal Məmmədovun qoçu oğludur" deyə, bildirərək, deputatın oğlunun şəklini paylaşıb:

Görüntünün olası içeriği: 1 kişi, ayakta

Müəllif: Ayna.az      21 Avqust 2019 10:35
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar