"Real"dan Neymara son təklif

"Real"dan Neymara son təklif

"Yox" desələr, "Real" Neymarın transferindən imtina edəcək

 

"Real" PSJ-nin hücumçusu Neymarın transferindən imtina etməyib. "Kral klubu" fransızlarla yenidən danışığa başlayıb. AYNA xəbər verir ki, Trend-in məlumatına görə, madridlilər Neymar üçün son təklifini edib. Onlar "sambaçı"nın keçidi müqabilində 165 milyon avro və 50 milyon avro dəyərində olan yarımmüdafiəçi Hames Rodrigesi qarşı tərəfə verməyə hazırdır.

 

Əgər Paris klubu buna da "yox" cavabını versə, "Real" Neymarın transferindən imtina edəcək.

 

Qeyd edək ki, Neymar "Real"ın əzəli rəqibi "Barselona"nın da maraq dairəsindədir.

Müəllif: Ayna.az      21 Avqust 2019 06:33
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar