İt öz sahibini ölümdən xilas edib

İt öz sahibini ölümdən xilas edib
“Əgər Darbi olmasaydı hər şey daha da pis olardı”
 
ABŞ-ın Kaliforniya ştatında qəribə hadisə baş verib. Belə ki, it köpəkbalığına hücum edib. Buna səbəb isə itin sahibi olub. AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, iyul ayının sonunda Ceyms Uayt (James White) buxtada balıq ovlayırmış. Bu zaman onun Darbi adlı pitbul cinsindən olan iti də yanında olub.
 
Bu zaman balıqçı hiss edir ki, iki metrlik köpəkbalığı tutur. Kişi köpəkbalığına yaxınlaşan zaman onun ayağından dişləyir. Nəticədə kişinin arteriyal damarını zədələyir.
 
Kişi kömək çağırmağa başlayır. Ceyms Uaytın iti Darbi onun köməyinə gəlir. İt köpəkbalığının quyruğundan dişləyir. Nəticədə yırtıcı kişinin ayağını buraxır. Uayt köpəkbalığını suya buraxır. Uayt hadisə haqqında bunları deyib: “Əgər Darbi olmasaydı hər şey daha da pis olardı”.
Müəllif: Ayna.az      21 Avqust 2019 03:59
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar