Müdafiə Nazirliyi gözlənilən açıqlamanı verdi

Müdafiə Nazirliyi gözlənilən açıqlamanı verdi

Hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər görülür

 

İyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.

 

Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.

Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

 

Qeyd edək ki, bu gün pilotun cəsədinin tapıldığı haqda ilk məlumatı, Atakişiyevin qayınatası Qabil Hüseynli vermişdi.

Müəllif: Ayna.az      20 Avqust 2019 14:31
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar