İtkin pilotun cəsədi 27 gün sonra tapıldı

İtkin pilotun cəsədi 27 gün sonra tapıldı

Sabah Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində vida mərasimi təşkil olunacaq

 

İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsinin itkin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb. AYNA xəbər verir ki, bu barədə modern.az-a pilotun qayınatası Qabil Hüseynli məlumat verib.

 

Bu gün Rəşad Atakişiyevin nəşi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ekzpertizadan keçiriləcək. Sabah saat 9-da isə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində vida mərasimi təşkil olunacaq.

 

Mərhumun sabah dəfn olunması planlaşdırılır. R.Atakişiyevin cənazəsi II Fəxri Xiyabanda dəfn olunacaq.

 

Xatırladaq ki, Azərbaycan HHQ-nin təyyarəsi təlim-məşq uçuşları zamanı qəzaya uğrayıb. Cari il iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Müəllif: Ayna.az      20 Avqust 2019 12:56
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar