Hindistan ordusu pakistanlıları gülləbaran edib

Hindistan ordusu pakistanlıları gülləbaran edib

Hadisə nəticəsində iki nəfər ölüb, bir nəfər isə yaralanıb

 

Hindistan ilə Pakistan arasında mübahisəli ərazi olan Kəşmirdə növbəti dəfə qarşıdurma baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, qarşıdurma nəticəsində iki nəfər ölüb, bir nəfər isə yaralanıb. 

 

Pakistan Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Hindistan əsgərləri sərhəd xəttini pozaraq bir sıra əraziləri atəşə tutub və insanlara xəsarət yetiriblər. Pakistan ordusundan verilən məlumatda isə qeyd olunur ki, hadisə nəticəsində mülki şəxslərlə yanaşı, 1 nəfər Pakistan əsgəri də həlak olub.

 

Qeyd edək ki, son 70 ildə Kəşmir bu iki dövlət arasında mübahisəli ərazi kimi qarşıdurmalara səbəb olur. Ötən həftə Hindistan hökumətinin Kəşmirin konstitusiya hüquqlarını ləğv etməsi vəziyyəti daha da gərginləşdirib.

Müəllif: Ayna.az      19 Avqust 2019 16:57
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar