Sumqayıt sakinlərinə xəbərdarlıq

Sumqayıt sakinlərinə xəbərdarlıq

Orta təzyiqli qaz kəmərindən ayrılan qollarda siyirtmələrin əvəzlənməsi işləri aparılacaq

 

Bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək Sumqayıt şəhərinin bir neçə məhəllə və mikrorayonunda, eləcə də Corat, Novxanı, Saray, Ceyranbatan və “Metallurq bağları” yaşayış sahələrində qaz təchizatı dayandırılıb.

 

Bu barədə AYNA-ya “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, bu müddət ərzində “Şəhər-4” orta təzyiqli qaz kəmərindən ayrılan qollarda siyirtmələrin əvəzlənməsi işləri aparılacaq.

Müəllif: Ayna.az      19 Avqust 2019 10:58
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar