Bakıda futbol zamanı insident yaşanıb

Bakıda futbol zamanı insident yaşanıb
Daun sindromlu azarkeşdən ərazini tərk etməyi xahiş ediblər
 
Futbol üzrə Azərbaycan Premyer Liqasının I turunda "Səbail"in evdə "Zirə"ni 1:0 hesabı ilə məğlub etdiyi oyundan sonra insident baş verib. AYNA Report-a istinadən xəbər verir ki, polislər mix-zonaya daxil olan daun sindromlu azarkeşdən ərazini tərk etməyi xahiş ediblər. Lakin həmin şəxs çıxışa yaxınlaşarkən qapının şüşəsinə yumruqla vuraraq qırıb. Özünün isə əli xəsarət alıb.
 
Həmin şəxs daha sonra arenanı tərk edib.
Müəllif: Ayna.az      19 Avqust 2019 01:19
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar