Tarixən dünyanın ən böyük şəhərləri

Tarixən dünyanın ən böyük şəhərləri
"500 və 600-lərdə Bizansın paytaxtı dünyaya meydan oxuyur"
 
"Maraqlı gəldi mənə bu qeydlər. 300 və 400-cü illərdə Roma hələ də İmperiyanın keçmiş əzəməti sayəsində dünyanın ən böyük şəhəridir, 500 və 600-lərdə Bizansın paytaxtı dünyaya meydan oxuyur, 700 və 800-lərdə isə yox olub getmiş, o zaman isə bir neçə Çin dövlətinin mərkəzi olan Çanyan". AYNA xəbər verir ki, bu məlumatları özünün sosial şəbəkə hesabında tanınmış jurnalist İbrahim Nəbioğlu paylaşıb. Jurnalist illərinə görə ən çox əhalisi olan şəhərlərin siyahısını paylaşmaqla yanaşı, həm də bu şəhərlər haqqında özünün fikirlərini bölüşüb. 
 
"Çin İmperatorluğunun paytaxt və şəhərləri ehtişamları və tarixdə tutduqları yerlə hər zaman önəmli rol oynamışlar. 1200-lərdə Hançjou, daha sonralar isə Nankin və indiki paytaxt Pekin. Bu qısa bilgidən Konstantinopol və Bağdadın da müxtəlif dövrlərdə sadəcə Şərq aləmində deyil, Dünya tarixində də əhəmiyyətli yerə sahib olduğunu görmüş oluruq".
 
Tarixin müxtəlif dönəmlərində əhalisinin sayına görə lider olmuş şəhərlərin siyahısı:
 
300: Roma
400: Roma
500: Konstantinopol
600: Konstantinopol
700: Çanyan (Chang'an)
800: Çanyan (Chang'an)
900: Bağdad
1000: Bağdad
1100: Bağdad
1200: Hançjou (Hangzhou)
1300: Hançjou (Hangzhou)
1400: Nankin (Nanjing)
1500: Pekin (Beijing)
1600: Pekin (Beijing)
1700: Pekin (Beijing)
1800: Pekin (Beijing)
1900: London
Müəllif: Ayna.az      18 Avqust 2019 23:28
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar