İŞİD Kabildəki partlayışı öz üzərinə götürüb

İŞİD Kabildəki partlayışı öz üzərinə götürüb

Partlayıcı qurğunu intiharçı işə salıb

 

İŞİD terrorçu qruplaşması şənbə günü Kabildəki toyda baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. AYNA Trend-ə istinadən bildirir ki, bu barədə "Reyter" agentliyi bildirib.

 

Partlayış şənbə günü yerli vaxtla 22.40-da Kabilin şadlıq evlərindən birində baş verib. Partlayıcı qurğunu intiharçı işə salıb. Şahidlərin dediyinə görə, həmin vaxt otaqda onlarla insan olub.

 

Son məlumatlara görə, 63 nəfər həlak olub, 180-dən çox insan yaralanıb. Əfqanıstan prezidenti Əşrəf Qani hücumu qınayıb və həlak olanların yaxınlarına başsağlığı verib.

Müəllif: Ayna.az      18 Avqust 2019 22:31
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar