Əhaliyə hava xəbərdarlığı

Əhaliyə hava xəbərdarlığı

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək

 

Bakıda və Abşeron yarımadasında avqustun 19-da hava günəşli olacaq, cənub-şərq küləyi əsəcək. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti olacaq.

 

Bakıda gecə 22-24° isti, gündüz 34-36° isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq.

 

Abşeron çimərliklərində

 

Cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu: şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

 

Hava yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecəm 19-24° isti, gündüz 34-39° isti°, dağlarda gecə 14-18° isti, gündüz 25-30° isti təşkil edəcək.

Müəllif: Ayna.az      18 Avqust 2019 14:05
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar