Ermənistan fərari əsgərin hərbi hissəsində yoxlama keçirdi

Ermənistan fərari əsgərin hərbi hissəsində yoxlama keçirdi

Bəzi zabitlərin həbs edilməsi də gözlənilir

 

Avqustun 12-də ağ bayraq qaldıraraq hərbçilərimizə təslim olan erməni əsgəri Kazaryan Aro Xaykoviçin xidmət etdiyi hərbi hissədə yoxlama başlanıb. AYNA  moderator.az-a istinadən xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyi tərəfindən aparılan yoxlama əsnasında fərari əsgəri hərbi hissəni tərk etməyə vadar edən səbəblər araşdırılacaq. Araşdırmanın nəticəsinə əsasən bəzi zabitlərin həbs edilməsi də gözlənilir.

 

Görünən odur ki, İrəvan özünün yetişdirdiyi ordu sistemində baş verən neqativ hallara görə kimlərisə qurban vermək və beləliklə də olayı lokallaşdırmaq, bunun hansısa zabitin məsuliyyətsizliyindən yaranan nadir olay kimi qələmə verməyə çalışır. Halbuki, Ermənistan ordusunda xidmətdən yayınma hallarının ənənə halını alması məlum problemin ordu sistemindən qaynaqlandığını və ermənilərə məxsus bütün hərbi hisüsələrə xas olduğunu göstərir. Bu baxımdan məlum olayla bağlı neçə zabitin həbs edilməsindən asılı olmayaraq, Ermənistan ordusunun gələcəkdə  də fərari “ixrac edəcəyi” şübhəsizdir.

 
Müəllif: Ayna.az      18 Avqust 2019 00:51
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar