Terrorçu ittihamları qəbul edib

Terrorçu ittihamları qəbul edib

Osloda "qətl" və "terror hücumları"nda ittiham edilirdi

 

21 yaşlı Flipp Manshaus ona yönələn ittihamları qəbul edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Flip Norveçin Oslo şəhərində yerləşən Əl-Nur məscidində terror törətməkdə şübhəli bilinirdi.

 

Norveç dövlət televiziyasına (NRK) açıqlama verən Manshausun vəkili, müvəkkilinin danışmaq qərarına gəldiyini və polisin suallarını cavablandırdığını söyləyib. Vəkil, Manshausun ittihamları qəbul etdiyini bildirib.

 

Qeyd edək ki, Manshaus paytaxt Osloda "qətl" və "terror hücumları"nda ittiham edilirdi. Bundan əvvəl, o, məhkəmə prosesində ittihamları rədd edərək, susmaq hüququndan istifadə etmişdi.

Müəllif: Ayna.az      17 Avqust 2019 20:19
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar