FHN-ə həyəcan siqnalı daxil olub

FHN-ə həyəcan siqnalı daxil olub

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri cəlb olunub

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Bu barədə AYNA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və azyaşlını aidiyyəti üzrə təhvil verib.

Müəllif: Ayna.az      17 Avqust 2019 19:06
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar