Pakistanda məscid partladıldı: "Taliban" liderinin qardaşı öldü

Pakistanda məscid partladıldı: "Taliban" liderinin qardaşı öldü

20-dən artıq adam ölüb

 

Avqustun 16-da Pakistanın Kvetta şəhərində yerləşən məsciddə terror aktı törədilib. AYNA Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 20-dən artıq adam yaralanıb. Ölənlərdən birinin “Taliban” lideri Maulavi Haybatulla Axundzadənin qardaşı Hafiz Əhməd olduğu bildirilir.

 

Partlayış nəticəsində məscidin imamı da həlak olub. Şəhər polisi bildirib ki, partlayıcı məscidin imamının oturacağının altına yerləşdirilib.

Müəllif: Ayna.az      17 Avqust 2019 06:22
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar