Prezident sərhədçilərlə bağlı 3 sərəncam imzalayıb

Prezident sərhədçilərlə bağlı 3 sərəncam imzalayıb

DSX-nın iki əməkdaşına general-leytenant, bir nəfərə general-mayor, daha iki nəfərə də kontr-admiral ali hərbi rütbəsi verilib

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamla DSX-nın iki əməkdaşına general-leytenant, bir nəfərə general-mayor, daha iki nəfərə də kontr-admiral ali hərbi rütbəsi verilib.

 

Bundan əlavə, dövlət başçısı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası sərhəd mühafizə orqanlarının yaranmasının 100 illiyi münasibətilə və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçuları orden və medallarla təltif ediliblər.

 

Prezident, həmçinin Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla, Azərbaycan Respublikası sərhəd mühafizə orqanlarının yaranmasının 100 illiyi münasibətilə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularına və mülki işçilərinə fəxri adlar verilib.

Müəllif: Ayna.az      16 Avqust 2019 17:52
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar