“Azəriqaz”dan şad xəbər

“Azəriqaz”dan şad xəbər

Bir sıra yaşayış məntəqələri çox yaxın zamanda qazla təmin olunacaq

 

Regionlarda qazlaşdırma tədbirlərinin davam etdirilməsi işləri çərçivəsində bir neçə kənd, qəsəbə və yaşayış massivi açılışa tam hazırdır. Bu barədə AYNA-ya “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Bildirilib ki, son tamamlanma aparılan, aşağıda adları qeyd edilən məntəqələr çox yaxın zamanda qazla təmin olunacaq: “Beləliklə, Ağsu rayonunun Yenikənd və Kəndəxan kəndləri, Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində yeni yaşayış massivi, Şəmkir rayonunun Qaracəmirli kəndində yeni yaşayış massivi, Ağstafa rayonunun 33-cü məhəlləsi, Lənkəran şəhərinin yeni yaşayış massivi, Lerik rayonunun Peştətük kəndi, İmişli rayonunun Vətəqə qəsəbəsi, Biləsuvar rayonunun Xırmandalı yeni yaşayış massivi, Qobustan şəhərinin yeni yaşayış massivi və Neftçala rayonunun Astanlı kəndində yeni yaşayış massivi qazlaşmaya tam hazır vəziyyətə gətirilib”.

        

Qeyd olunur ki, adları çəkilən ərazilərdə qaz təchizatı işləri Prezident İlham Əliyevin 22 dekabr 2018-ci il tarixində imzaladığı “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə 431 saylı fərmanından irəli gələrək həyata keçirilir.

Müəllif: Ayna.az      16 Avqust 2019 17:26
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar