Kəşmir üçün sərt qərar qəbul edildi, “alov” böyüyür

Kəşmir üçün sərt qərar qəbul edildi, “alov” böyüyür

Rəsmi Dehli bölgəyə qoşun yeridib və komendant saatı elan olunub

 

Hindistan hökuməti Kəşmir bölgəsinin konstitusiya hüququnu ləğv edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Hindistan Konstitusiyasının 370-ci maddəsinə əsasən, bir çox məsələlərdə müstəqil olan Kəşmir, artıq bu hüquqlardan məhrum edilib.

 

Rəsmi Dehli bu qərarı qəbul edəndən dərhal sonra bölgəyə qoşun yeridib və komendant saatı elan olunub. Bununla da kifayətlənməyən mərkəzi hökumət Kəşmirin üsyankar liderlərini həbs etdirib.

 

Hindistan hökumətinin bu qərarı Pakistanlə gərginliyi daha da artırıb. Belə ki, Hindistan ilə Pakistan 70 ildir ki, Kəşmir uğrunda mübarizə aparır. Ərazi mübahisələri səngimək bilmir.

Müəllif: Ayna.az      16 Avqust 2019 16:58
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar