Dövlət Sərhəd Xidməti: Bir neçə strateji yüksəklik ələ keçirmişik

Dövlət Sərhəd Xidməti: Bir neçə strateji yüksəklik ələ keçirmişik

Elçin İbrahimov: “Bir sıra əhəmiyyət kəsb edən hissələrdə mövqelərin irəli çəkilməsi təmin edilib”

 

“Azərbaycan sərhədçiləri təmas xəttində bir neçə mövqedə irəliləyib və strateji yüksəklikləri əldə ediblər. Hazırda Ermənistan-Azərbaycan sərhədinin Qazax və Ağstafa ərazisindən keçən hissəsində sərhəd hissələri tərəfindən xidmət təşkil olunur. Bu, böyük prosesin başlanğıcıdır və davam edəcək. Bu qərarın qəbul olunması Azərbaycan ordusunun hərbi birləşmələrinin döyüş qabiliyyətinin yüksəldilməsinə yönəlib”.

 

AYNA xəbər verir ki, bu açıqlamanı Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri, general-mayor Elçin İbrahimov, Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 100 illiyi ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, 9 ay müddətində şəxsi heyətin döyüş qabiliyyəti gücləndirilib, bir sıra əhəmiyyət kəsb edən hissələrdə mövqelərin irəli çəkilməsi təmin edilib.

 

Aparat rəhbərinin sözlərinə görə, keçən ilin sonunda burada xidmətə başlayan hərbi qulluqçular üçün 75 sərhəd döyüş məntəqəsi inşa edilərək istifadəyə verilib: “Azərbaycan sərhədçiləri bir sıra istiqamətlərdə strateji əhəmiyyətli mövqeləri tutublar. Bu, Ermənistan silahlı qüvvələrinin döyüş postlarını və postlara hərəkət edən yollara nəzarət etmək üçün optimal şərait yaradıb. Şəxsi heyətin təhlükəsiz hərəkəti üçün val yolların çəkilməsi təmin edilib. Bu müddətdə düşmən mövqelərində hərbi maşına atəş açılıb və 2 hərbi qulluqçumuz yaralanıb. Düşmənin döyüş mövqeləri adekvat cavab atəşi ilə susdurulub».

 

“Dövlət Sərhəd Xidməti tərəfindən Qazax və Ağstafanın Ermənistanla sərhəd bölgələrində düşmənin təxribatlarına lazımi cavablar verilib. Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 18 nəfər və əlaqədə şübhəli bilinən 86 nəfər Azərbaycan, 24 nəfər xarici vətəndaş aşkar olunub. Terrorçuluğa qarşı mübarizə çərçivəsində isə 91 şəxs saxlanılıb, 388 nəfərin şəxsiyyəti müəyyən edilib”, - deyə E.İsmayılov vurğulayıb.

Müəllif: Ayna.az      16 Avqust 2019 16:29
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar