Koreya yarımadası yenidən “qaynaya” bilər

Koreya yarımadası yenidən “qaynaya” bilər

Şimali Koreya tərəfdən Cənubi Koreyanın şərq sahillərinə iki raket atılıb

 

Cənubi Koreya ilə ABŞ-ın birgə hərbi təlimləri başa çatıb. AYNA Amerika mətbuatına istinadən xəbər verir ki, təlimlərin bitməsindən dərhal sonra Şimali Koreya tərəfdən Cənubi Koreyanın şərq sahillərinə iki raket atılıb.

 

Vaşinqton və Seul rəsmilərinin iddialarına görə, Pxenyanın atdığı bu addım bir növ müdafiə xarakteri daşıyır. Lakin Cənubi Koreya Prezidenti onu da qeyd edib ki, gələcək uğurlar üçün 2045-ci ilə qədər iki Koreyanın birləşməsinə ehtiyac var.

 

Ancaq buna rəğmən, Şimali Koreya bəyan edib ki, Cənubi Koreyanın ABŞ ilə keçirdiyi hərbi təlimlər və yeni 5 illik müdafiə planı Şimali Koreyanı məhv etmək üçün hazırlanıb.

Müəllif: Ayna.az      16 Avqust 2019 13:53
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar