Sayımız 10 milyonu keçdi və hər 1000 kişiyə 1003 qadın düşür

Sayımız 10 milyonu keçdi və hər 1000 kişiyə 1003 qadın düşür

Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər olub

 

Azərbaycan əhalisinin sayı 10 milyon nəfəri keçib. Bu barədə AYNA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 38118 nəfər və ya 0,4 faiz artaraq, 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatıb.

 

Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1003 qadın düşür. Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər olub.

Müəllif: Ayna.az      16 Avqust 2019 12:23
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar