NASA yadplanetlilərlə bağlı məlumat yaydı

NASA yadplanetlilərlə bağlı məlumat yaydı

1974-cü ildən indiyədək 3592 UNO məlumatı  daxil olub

 

ABŞ-ın NASA məxfi məlumat mərkəzi yadplanetlilər (UNO) barədə rəsmi məlumatlar yayıb. AYNA ölkə.az-a istinadən bildirir ki, NASA UNO məlumat mərkəzi  ABŞ-ın İllinoys ştatında 102 UNO xəbəri aldığını bildirib. Əldə edilən məlumatların bir sıra diqqət çəkən məqamları açıqcasına paylaşıb. Belə ki, 2018-ci ilin fevralın 13-də yerli vaxtla 16:30-da İllinoys ştatının Matton qəsəbəsində UNO ilə bağlı  xəbər daxil olur.

 

UNO ilə bağlı digər məlumat isə 2018-ci ilin mayın 17-də həmin ştatın Pontoon Beach bölgəsindən daxil olur.

 

2018-ci ilin  sentyabrın 19-da ABŞ-ın Scott Hərbi-Hava Qüvvələrinə məxsus bazası yaxınlığında UNO ilə bağlı daxil olan məlumatda olduqca diqqət çəkən məqamlar ortaya çıxıb.

 

Ümumiyyətlə, UNO-ları görənlər onun qısa zaman ərzində peyda olub yoxa çıxmasını qeyd ediblər. ONU parlaq və işıqsaçan aparatlaırnın görünəndən sonra tez bir zamanda yerə yaxınlaşdığı bildirilir.

 

Verilən məlumata görə, 1974-cü ildən  indiyədək NASA-ya İllinoys ştatından 3592 UNO məlumatı  daxil olub.

Müəllif: Ayna.az      16 Avqust 2019 08:21
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar