"Facebook"dan daha bir etiraf

"Facebook"dan daha bir etiraf

Şirkət bu prosesi artıq 1 həftə bundan öncə dayandırdığını açıqlayıb

 

Dəfələrlə istifadəçi məlumatlarının sızdırılması qalmaqallarından sonra "Facebook" şirkəti yenidən kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub. AYNA Technote-yə istinadən xəbər verir ki, "Facebook" istifadəçilərinin özəl səs yazlarının analiz məlumatlarının ortaya çıxmasından sonra, şirkət səs yazılarını dinlədiyini və onları analiz etdiyini etiraf edib. Bu işlə isə yüzlərlə əməkdaşı məşğul olub.

 

Həmin şirkət əməkdaşlarına sözügedən səs yazılarının hardan və necə əldə edildiyi barəsində məlumat verilməyib. Şirkət bu prosesi artıq 1 həftə bundan öncə dayandırdığını da açıqlayıb.

 

Məlumata görə, səsli mesajların kimlərə məxsus olduqları gizli saxlanılıb. İddia olunur ki, istifadəçilərin səs yazılarının analiz olunması ilə Kaliforniyanın TaskUs Inc. şirkəti məşğul olub. Bu şirkət isə bütün dünya üzrə çoxlu sayda filiallara sahibdir. Onun üçün "Facebook" şirkəti böyük və vacib müştərilərdən biridir.

 

Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə öz istifadəçilərinin dinlənilməsini "Google", "Microsoft", "Apple" və "Twitter" kimi şirkətlər də etiraf etmişdilər.

Müəllif: Ayna.az      16 Avqust 2019 03:45
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar