Azərbaycan XİN: Mövqeyimiz dəyişməz qalır

Azərbaycan XİN: Mövqeyimiz dəyişməz qalır

Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter daşıyır

 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Cəmmu və Kəşmirdə baş verən hadisələrlə əlaqədar mövqeyini açıqlayıb. AYNA xəbər verir ki, bununla bağlı XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva açıqlama verib.

 

O bildirib ki, Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter daşıyır: "Azərbaycan Cəmmu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq həllini dəstəkləyir”.

 

“Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə Kontakt qrupun üzvüdür. Bu günlərdə İƏT-in Ciddədə mənzil qərargahında Cəmmu və Kəşmir üzrə Kontakt qrupun iclası keçirilib”, - deyə Abdullayeva vurğulayıb.

 

Qeyd edək ki, İƏT-in Cəmmu və Kəşmir üzrə Təmas Qrupu İƏT xarici işlər nazirlərinin 1994-cü ilin sentyabr ayında İslamabad şəhərində keçirilmiş 7-ci növbədənkənar sessiyasının qərarına əsasən təsis edilmişdir. Azərbaycan qrupa 2013-cü ildə üzv olmuşdur. Hazırda qrupa Azərbaycanla yanaşı, Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə və Niger daxildir.

Müəllif: Ayna.az      15 Avqust 2019 18:01
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar