Qubalı qardaşlar dünyanın o başında hər kəsi heyrətə salıblar – VİDEO

Qubalı qardaşlar dünyanın o başında hər kəsi heyrətə salıblar –     VİDEO

Laçın Abdulhüseynov: “Zalda hər kəs heyrət içində idi, hətta bir fəndi gerçəkləşdirmək üçün bizə adam lazım idi, amma heç kim razı olmurdu”

 

Qubalı pəhləvan qardaşlar - Hüseyn və Laçın Abdulhüseynovlar yenidən Azərbaycanı təmsil ediblər. Onlar bu dəfə Avstraliyada keçirilən “Avstraliya Got Talant” yarışmasında iştirak ediblər.

 

AYNA xəbər verir ki, qardaşlar çətin fəndləri münsiflər və tamaşaçılar qarşısında reallaşdırıblar. Pəhləvanlarımız hər kəsi təəccübləndirməyi bacarıblar. Onlar çıxışlarının sonunda 4 münsifin 3-dən “hə”, 1-dən isə “xeyr” cavabı alıblar. Beləliklə, həmyerlilərimiz “Avstraliya Got Talant” yarışında növbəti mərhələyə adlaya biliblər.

 

Laçın Abdulhüseynov AYNA-ya açıqlamasında deyib ki, bu yarış bir qədər çətin və həyəcanlı keçib: “Zalda hər kəs heyrət içində idi, hətta bir fəndi gerçəkləşdirmək üçün bizə adam lazım idi. Heç kim razı olmurdu. Axırda bir gənc razılaşdı. O isə belin üzərində tərpənmədən dayanmalı idi. Əks halda fəndin icrası faciə ilə nəticələnə bilərdi”.

 

“Yaxşı ki, hər şey istədiyimiz kimi oldu. Biz mərhələni keçdik. Amma yol uzaq olduğu üçün ikinci mərhələyə gedə bilməyəcəyik. Avqustun 24-də isə Fransada keçirilən “Fransa Got Talant”da iştirak etmək üçün yola düşürük. Məqsədimiz Azərbaycanı dünyada təmsil etməkdir”, - pəhləvan bildirib.

Müəllif: Təranə Xudabaxşiyeva      16 Avqust 2019 10:11
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar