Mehriban Əliyeva Vladimir Putinə məktub ünvanlayıb

Mehriban Əliyeva Vladimir Putinə məktub ünvanlayıb

“Bizim dostluğumuz və səmərəli tərəfdaşlığımız ölkələrimizin və xalqlarımızın maraqlarına tam cavab verir”

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunması ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə minnətdarlıq məktubu ünvanlayıb. AYNA xəbər verir ki, Mehriban Əliyeva Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin inkişafı sahəsində fəaliyyətinə verdiyi yüksək qiymətə görə Vladimir Putinə təşəkkürünü bildirib:

 

“Ölkələrimiz arasında münasibətlər bir çox sahələri əhatə edir. Bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və Rusiyanın dövlətlərarası əməkdaşlığı çoxəsrlik təməl üzərində təşəkkül tapıb. Azərbaycan və Rusiya öz münasibətlərini sülh, qarşılıqlı hörmət və mehriban qonşuluq əsasında qururlar. Bizim dostluğumuz və səmərəli tərəfdaşlığımız ölkələrimizin və xalqlarımızın maraqlarına tam cavab verir, regionda sülhə və sabitliyə xidmət edir”.

 

Birinci vitse-prezident, həmçinin Rusiyanın dövlət başçısına möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Rusiya xalqına firavanlıq, sülh və tərəqqi arzulayıb.

Müəllif: Ayna.az      15 Avqust 2019 14:06
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar