“Bakı münaqişəni qeyri-sülh yolu ilə həll etmək üçün mandat alacaq”

“Bakı münaqişəni qeyri-sülh yolu ilə həll etmək üçün mandat alacaq”

Politoloq: “Erməni tərəfi açıq-aşkar danışıqlar prosesinə xələl gətirir”

 

“Paşinyan və Mnatsakanyanın “Qarabağ Ermənistanındır” bəyanatlarından sonra Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən müvafiq beynəlxalq təşkilatlara müraciətlər edilib. Erməni tərəfi açıq-aşkar danışıqlar prosesinə xələl gətirir”.

 

AYNA xəbər verir ki, bu fikirləri şəxsi “Facebook” hesabında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov paylaşıb. “İndi növbə beynəlxalq təşkilatlarındır. Əgər onlar Ermənistanın bu davranışlarına göz yumsalar, Azərbaycan tərəfi münaqişəni digər yollarla həll etmək üçün “mandat” alacaq”, - deyə o yazıb.

Politoloqun sözlərinə görə, onsuz da bu illər ərzində qəbul edilmiş bütün beynəlxalq qətnamə və qərarlar Bakıya icazə verir ki, bizim olan torpaqları erməni hərbi terror birləşmələrindən azad edək.

Müəllif: Ayna.az      15 Avqust 2019 14:26
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar