Müəllimliyə imtahan verənlərin diqqətinə!

Müəllimliyə imtahan verənlərin diqqətinə!

Vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb. Təhsil Nazirliyinin (TN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Nəticələrə əsasən, 3728 namizəd vakant yer tutub. Müsabiqənin yekun – müsahibə mərhələsinə avqustun 19-da start veriləcək. Müsahibənin keçiriləcəyi yer və tarix barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

 

Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Müəllif: Ayna.az      15 Avqust 2019 12:54
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar