Azərbaycanın İnterpol xətti ilə axtardığı şəxs tutuldu

Azərbaycanın İnterpol xətti ilə axtardığı şəxs tutuldu
Azərbaycan tərəfindən İnterpolun qırmızı xətti ilə beynəlxalq axtarışa verilmiş 42 yaşlı şəxs Türkiyə-Yunanıstan sərhədindəki Kipi gömrük keçid məntəqəsində tutulub. AYNA oxu.az-a istinadən xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, onu Türkiyədən Yunanıstana keçmək istəyərkən pasport yoxlanışı zamanı saxlayıblar.
 
Sərhəddə aparılan araşdırma zamanı şübhəlinin başqalarına aid şəxsi məlumatları ələ keçirmə, şantaj və kompüter məlumatlarına qanunsuz giriş ittihamları ilə Azərbaycan hökuməti tərəfindən axtarışa verildiyi məlum olub.
 
Hələlik tutulmuş şəxsin kimliyi barədə məlumat verilmir.
Müəllif: Ayna.az      15 Avqust 2019 02:59
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar