Ağsuda oğul atasının sürdüyü maşının altında can verdi

Ağsuda oğul atasının sürdüyü maşının altında can verdi
Ağsu rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. AYNA modern.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 13-də saat 16 radələrində Ağsu rayonu ərazisində Göyçay rayon sakini F.Hüseynov idarə etdiyi “Hovo” markalı avtomobili yolun kənarındakı maneəyə vurub.
 
Həmin vaxt F.Hüseynovun sərnişini olan oğlu Süleyman hərəkətdə olan avtomobildən yıxılıb və arxa təkərin altında qaldığından ölüb.
 
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Müəllif: Ayna.az      14 Avqust 2019 22:29
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin