Cərrahiyyə əməliyyatı zamanı heyrətamiz hadisə baş verib

Cərrahiyyə əməliyyatı zamanı heyrətamiz hadisə baş verib

Xəstə etiraf edib ki, əməliyyatdan sonra protez dişlərindən birini itiribmiş

 

Britaniyada baş verən hadisə hər kəsi heyrətləndirib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bir nəfər qarın boşluğundan əməliyyat edildikdən 6 gün sonra yenidən xəstəxanaya müraciət edib. O, ağzından qan gəldiyini bildirib.

 

Həkimlər, əməliyyat zamanı xəstənin orqanizminə virus düşdüyünü fikirləşiblər və ona antibiotik veriblər. Lakin xəstə 2 gün sonra yenidən eyni şikayət ilə geri dönüb.

 

Bu dəfə isə müayinə zamanı onun boğazında yad cism aşkarlanıb. Və bu, xəstənin protez dişi olub. Xəstə etiraf edib ki, əməliyyatdan sonra protez dişlərindən birini itiribmiş.

Nəfəs borusuna düşən protezi çıxarmaq üçün xəstə yenidən əməliyyat edilib. Bu əməliyyatdan sonra qanaxma baş verib. Xəstə 4 dəfə eyni şikayət ilə əməliyyat olunub.

Müəllif: Ayna.az      15 Avqust 2019 10:36
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar