İki rayonda yanğın olub

İki rayonda yanğın olub

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

 

Bərdə rayonunun Mollaisalar kəndində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, həyətyanı ərazidə 12 ton ot bağlamasının 3 tonu, yaxınlıqda ümumi sahəsi 12 m² olan konteynerin taxta üzlüyü 4 m² sahədə, içərisinə yığılan 2 ton arpa və pambıq çiyidinin 50 kiloqramı yanıb.

 

Ot bağlamalarının, arpanın və konteynerin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

 

Siyəzən rayonunun Eynibulaq kəndində də yanğın hadisəsi baş verib. Ümumi sahəsi 300 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 150 m² sahədə yanıb.

 

Tövlənin qalan hissəsi və yaxınlıqdan keçən magistral qaz kəməri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az      14 Avqust 2019 17:58
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar