Qərb sərhədimizdə gizli “xəzinə” aşkarlanıb - VİDEO

Qərb sərhədimizdə gizli “xəzinə” aşkarlanıb -     VİDEO

Qızıl bəzək əşyalarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

 

Gömrük əməkdaşları külli miqdarda qızıl bəzək əşyalarının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə AYNA-ya Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinfən məlumat verilib.

 

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz E240" markalı avtomobil saxlanılıb və həmin şəxs sorğu-sual olunub.