Abşeron yarımadasının sakinlərinə ayıq-sayıq olma çağırışı edilir

Abşeron yarımadasının sakinlərinə ayıq-sayıq olma çağırışı edilir

Cənub küləyinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər

 

Bakıda və Abşeron yarımadasında avqustun 15-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

 

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-24, gündüz 30-34, Bakıda gecə 20-22, gündüz  32-34 dərəcə isti  təşkil edəcək.

 

Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz olacaq.

 

Abşeron çimərliklərində

 

Mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

 

Havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoza gəlincə

 

Avqustun 15-16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, cənub küləyinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Müəllif: Ayna.az      14 Avqust 2019 13:23
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar