Biləcəri dəmiryol stansiyasının növbətçisi həlak olub

Biləcəri dəmiryol stansiyasının növbətçisi həlak olub

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasında bədbəxt hadisə baş verib. Bu barədə AYNA-ya QSC-nın mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, bu gün səhər saatlarında Biləcəri stansiyasında post növbətçisi, 27 yaşlı Əli Möhübbəli oğlu Məmmədzadə növbədə olarkən iş başında xəsarət alıb: “Hadisə yerinə Təcili Tibbi Yardım çağırılıb. Əli Məmmədzadə dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”.

 

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Müəllif: Ayna.az      14 Avqust 2019 12:58
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin