“Palmali”dən sərt açıqlama: “Mammad Amin Resulzadeh” gəmisini batıra bilmədiniz

“Palmali”dən sərt açıqlama: “Mammad Amin Resulzadeh” gəmisini batıra bilmədiniz

Fidan Quliyeva: “Hadisə baş verəndən dərhal sonra bu xəbər bəzi qüvvələr tərəfindən bütün saytlara ötürülüb”

 

Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimova məxsus “Mammad Amin Resulzadeh” (Məmməd Əmin Rəsulzadə) adlı gəmidə qəza baş verib. Belə ki, bu gəmi Liberiya bayrağı altında üzən “Doric Warrior” gəmisi ilə toqquşub.

 

M.Mənsimovun paylaşdığı məlumata görə, “Mammad Amin Resulzadeh” gəmisi dayandığı yerdə, sözügedən digər gəmi tərəfindən vurulub: “Şükür ki, hər şey normaldır və təhlükəli vəziyyət yoxdur. Məsələni sonuna qədər araşdıracağıq. Gəmimizə çırpılan gəmi ondan çox böyük olsa da, gəmimiz batmadı”.