Azərbaycanlılar Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirəcəklər

Azərbaycanlılar Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirəcəklər

"Qarabağda ermənilərin idman oyunları keçirməsinə qəzəbliyik"

 

Bu gün Kanada şəhərində yaşayan azərbaycanlılar Ermənistan səfirliyinin önündə etiraz aksiyası keçirəcəklər.

 

AYNA xəbər verir ki, bu barədə Kanadada yaşayan azərbaycanlı Rəna Müslümova məlumat verib.

 

O bildirib ki, Kanadanın Toronto şəhərində yaşayan azərbaycanlılar bu aksiyanı Qarabağda ermənilərin idman oyunları keçirməsinə etiraz məqsədilə keçirəcəklər: “Amerika vaxtı ilə saat 18.30-da “C Ross Lord Park”da yıgışıb görüş keçirməyi qərara almışıq. Qarabağda ermənilərin idman oyunları keçirməsinə qəzəbliyik. Ona görə də yığışıb, bu məsələ ətrafında diskusiya etməyi, bu haqda etiraz tədbirləri keçirməyi qərarlaşdırmışıq”.

 

“Etiraz aksiyasını Ottava şəhərindəki Ermənistan səfirliyinin önündə keçirməyi qərara almışıq. Torontoda yaşayan bütün soydaşlarımızı bu görüşdə iştirak etməyə dəvət edirlər” – deyə həmyerlimiz qeyd edib.

Müəllif: Ayna.az      14 Avqust 2019 14:15
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar