Polis Bakıda kütləvi qarşıdurma xəbərini təkzib edir

Polis Bakıda kütləvi qarşıdurma xəbərini təkzib edir

Elşad Hacıyev: “Oyun yüksək təhlükəsizlik şəraitində başa çatıb, heç bir neqativ hal baş verməyib”

 

“Sosial şəbəkələrdə və bəzi idman informasiya saytlarında Bakıda keçirilən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi üzrə keçirilən oyun zamanı, azerkeşlərin rəqib komandaya hücüm çəkməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.

 

Bu barədə AYNA-ya Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlama verib. O bildirib ki, oyun yüksək təhlükəsizlik şəraitində başa çatıb, heç bir neqativ hal baş verməyib.

 

“Digər xarici ölkədə keçirilən oyun zamanı baş verən insidenti dünənki oyuna “transformasiya” etmək cəhdi ictimai fikri çaşdırmaq məqsədi daşıyır. Qəti olaraq bildiririk ki, Bakıda keçirilən oyun zamanı Ermənistan bayrağı dalğalandırılmayıb, bununla hər hansı fakt qeydə alınmayıb. Əgər varsa, Bakı Şəhər Baş Polis İdarəsinə təqdim olunmasını tövsiyyə edirik”, - deyə o vurğulayıb.

 

BŞBPİ təmsilçisi həmin məlumatları qəti şəkildə təkzib edib: “Bunlar polis orqanları ilə heç bir dəqiqləşdirmə aparmadan, əsassız yazılan dezinformasiyadır. Mətbuat nümayəndələrinə tövsiyyə olunur ki, həqiqətə uyğun olmayan məlumatların yayılmaması və bu kimi halların gələcəkdə təkrarlanmaması məqsədilə həmin məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü dəqiqləşdirsinlər”.

Müəllif: Ayna.az      14 Avqust 2019 11:52
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin