Bakıda zəncirvari qəza: yeddi maşın toqquşub

Bakıda zəncirvari qəza: yeddi maşın toqquşub

Hadisə tıxaca səbəb olub

 

Bu gün axşam saatlarında Bakıda zəncirvari yol qəzası baş verib. AYNA “Report”-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Ziya Bünyadov prospektində yerləşən tuneldə qeydə alınıb. 

 

Qəza zamanı yeddi avtomobil toqquşub. Zəncirvari qəza həmin yolda uzun tıxaca səbəb olub.

 

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Müəllif: Ayna.az      14 Avqust 2019 01:31
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar