İnterpol 36 yaşlı azərbaycanlı qadını axtarır - İnsan alverinə görə

İnterpol 36 yaşlı azərbaycanlı qadını axtarır -       İnsan alverinə görə

Azərbaycanda insan alverində təqsirləndirilən 36 yaşlı qadın beynəlxalq axtarışa verilib

 

Azərbaycanda insan alveri cinayət əməllərinə görə təqsirləndirilən qadın "İnterpol" xətti ilə axtarışa verilib.

 

AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında məlumat yerləşdirilib.

 

Məlumatda bildirilir ki, Tovuz rayon sakini, 1983-cü il təvəllüdlü Kazımova Natəvan İbrahim qızının barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2018-ci ildə axtarış elan edilib və həbs qətimkan tədbiri seçilib.

 

N.Kazımova İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Müəllif: Ayna.az      13 Avqust 2019 22:46
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar