Diri xoruzun başını ağzı ilə üzən idmançı qəzəbə tuş gəldi

Diri xoruzun başını ağzı ilə üzən idmançı qəzəbə tuş gəldi

İdmançının məsuliyyətə cəlb olunması tələb edilir

 

Fransada idmanın bask pilotu növü ilə məşğul olan Bixente Larralde cəmiyyətin qəzəbinə tuş gəlib. AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb idmançının diri xoruzun başını ağzına salaraq qoparması olub.

 

Heyvan müdafiəçiləri də idmançının diri xoruzun başını dişləməsinə ciddi reaksiya veriblər.

 

Larraldın bu hərəkətindən qəzəblənən 29 mindən çox insan idmançının komandadan qovulması üçün petisiya başladıblar. Komandaya sponsorluq edən şirkətdən tələb olunur ki, idmançı qovulmayana qədər, komandaya sponsorluğu dayandırsın.

 

“Bridget Bardot” vəqfi isə idmançının məsuliyyətə cəlb olunmasını tələb edir.

 

Larrald özü isə pis əməl törətdiyinin fərqinə vardığını və buna görə peşman olduğunu etiraf edib.

 

Qeyd edək ki, Fransada heyvanlara qarşı qəddarlıq edənlər 30 min avroya qədər cərimə olunurlar.

Müəllif: Ayna.az      14 Avqust 2019 10:39
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar