Şimşək düşdü, qırx ev yandı

Şimşək düşdü, qırx ev yandı

İldırım çaxması nəticəsində başlayan yanğın İspaniyanın Ventallo kəndində (Kataloniya Muxtar Birliyi) 40 evi məhv edib. AYNA xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə "El Periodico" qəzeti xəbər verib.

 

Məlumata əsasən, ildırım dayanacağa dəyərək yanğına səbəb olub. Yanğın 1.5 min kvadratmetr əraziyə yayılıb. Yanğının söndürülməsinə altı yanğınsöndürmə briqadası cəlb olunub.

 

Xəsarət alanlar barədə məlumat verilmir.

Müəllif: Ayna.az      13 Avqust 2019 01:37
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar