Tramp: "Cənubi Koreya dünyanın ən güclü ölkələrindən birinə çevriləcək"

Tramp: "Cənubi Koreya dünyanın ən güclü ölkələrindən birinə çevriləcək"

"Ümid edirəm ki, Kim ilə yaxın zamanlarda görüşümüz baş tutacaq"

 

ABŞ prezidenti Donald Tramp, Şimali Koreya prezidenti Kim Yonqun“Twitter” hesabından göndərdiyi məktubla bağlı açıqlama verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki,  Tramp, Kimin ABŞ-ın Cənubi Koreya ilə təlimləri bitəndən sonra onunla danışıqlar aparmaq istədyini qeyd edib.

 

Məktubun uzun və mənasız olduğunu bildirən Tramp, Kimin raket sınaqları keçirdiyi üçün ondan üzr istəməsini də diqqətə çatdırıb: "Ümid edirəm ki, Kim ilə yaxın zamanlarda görüşümüz baş tutacaq".

 

"Nüvə silahlarından istifadə etməyən Cənubi Koreya isə dünyanın ən güclü ölkələrindən birinə çevriləcək" - deyə, ABŞ prezidenti bildirib.

Müəllif: Ayna.az      12 Avqust 2019 19:24
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar